AZ

"NATO Ukraynanı danışıqlara gətirməlidir"- Sevil Mikayılova:

"Rusiya NATO-ya çağırış edib, danışıqlar masasında mövqeyini möhkəmləndirmək istəyir".

Milli Məclisin deputatı Sevil Mikayılova News365.az-a açıqlamasında bildirib ki, indiki mərhələdə Rusiya tərəfindən aparılan danışıqlar daha çox siyasi mesaj xarakteri daşıyır. Deputatın sözlərinə görə, qarşı tərəfə Qərb blokunun mövqeyini göstərmək və danışıqlar masasına dəvət etmək məqsədi güdür:

“Trump və Marta Qorubə tərəfindən verilmiş bəyanatlarda da qeyd olunub ki, Rusiyanın bu formada konstruktiv addımlar atmaq imkanları məhduddur. Danışıqlar yalnız simvolik xarakter daşıyır və tərəflər mövqelərindən geri çəkilməyib”, – deyə Sevil Mikayılova bildirib.

O əlavə edib ki, Ukrayna tərəfindən edilən hücumlardan sonra Rusiya ərazisində döyüşlər intensivləşib və Polşaya atılan dronlar NATO üçün həyəcan siqnalıdır:

“Rusiya bu hərəkətləri ilə göstərmək istəyir ki, döyüşün dinamikası artıq xaotikdir. Bu, NATO-ya çağırışdır və eyni zamanda danışıqlar masasında Rusiyanın mövqeyini möhkəmləndirmək məqsədini güdür. Rusiya bildirir ki, NATO tərəfi Ukraynanı danışıqlar masasına gətirməlidir. Ultimatum göndərməyə ehtiyac yoxdur; əgər razılaşma olmazsa, NATO ilə hərbi qarşıdurmaya da hazırıq”, – deyə deputat vurğulayıb.

Seçilən
4
news365.az

1Mənbələr