AZ

Azərbaycan Özbəkistana birbaşa investisiya qoyuluşunu azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan Özbəkistan iqtisadiyyatına 21 milyon 425 min ABŞ dolları investisiya yatırıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 45 milyon 957 min ABŞ dollar və ya 68,2% azdır.

Hesabat dövründə Azərbaycanın Özbəkistan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 1,6% təşkil edib.

Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların məbləği 1 milyard 349 milyon 802 min dollara bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
12
1
banco.az

4Mənbələr