AZ

Ford təhlükəli nasazlığa görə təxminən 116 min avtomobili geri çağırır

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Ford Motor" şirkəti ABŞ-də 115.54 min avtomobili geri çağırır.

Oxu.Az-ın "İnterfaks"a istinadla verdiyi xəbərə görə, qərara səbəb sükan sistemindəki qüsur olub.

Bildirilib ki, sözügedən problem avtomobilin idarəolunmasının itirilməsi ilə nəticələnə bilər.

Geriçağırma 2020-2021-ci illərdə istehsal edilmiş "Ford F-250", "Ford F-350" və "Ford F-450" modellərinə aiddir.

O da vurğulanıb ki, "Ford" dilerləri qüsurlu komponenti pulsuz yoxlayacaq, lazım olduqda təmir edəcək və ya dəyişdirəcəklər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
3
oxu.az

4Mənbələr