AZ

Ağdamın icra başçısı Xanı nın dəfn mərasimində iştirak edib FOTOLAR

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

24 sentyabr 2025-ci il tarixdə mina partlaması nəticəsində həyatını itirmiş Azərbaycan ordusunun ehtiyatda olan giziri, “Xanı” ləqəbli kəşfiyyatçı Səyyaf Əhmədovun yaşadığı Birinci Baharlı qəsəbəsində cənazə namazı qılındıqdan sonra rayonun Üçoğlan kənd qəbiristanlığında dəfn mərasimi baş tutub.

"Unikal" xəbər verir ki, mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, mərhumun ailə üzvləri, döyüş yoldaşları, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Şəhid ailələri, qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, media və ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak etmişlər.

Qeyd edək ki, əfsanəvi kəşfiyyatçı Əhmədov Səyyaf Fiqan oğlu 5 aprel 1971-ci ildə Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub. O, həm I Qarabağ müharibəsinin iştirakçısı, həm də Vətən müharibəsinin könüllüsü olub. 1992-ci ildə könüllü olaraq orduya qatılıb.

Keçirdiyi döyüşlərdə 3 dəfə ağır yaralanıb. Əhmədov Səyyaf Fiqan oğlu 23.09.2025-ci il tarixdə Ağdam rayonunun  Ayaq Qərvənd kəndi ərazisində piyada əleyhinə minaya düşərək həyatını itirmişdir. Xidmətdə fərqləndiyinə görə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medalları ilə təltif edilmişdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
unikal.az

1Mənbələr