AZ

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 10,3% artıb

Bu ilin yanvar-avqust aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 5 milyard 558,3 milyon manat olub.Metbuat.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb. Bildirilib ki, bu, 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə real ifadədə 10,3 % çoxdur.Hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 6,7 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 90,1 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9 % artaraq 9 milyard 287,8 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyard 975,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 %-ini təşkil edib.

Seçilən
25
9
metbuat.az

10Mənbələr