AZ

Cəbrayılda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərindəməsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmışƏlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəfəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardantəmizləmə üzrə İşçi qrupun Cəbrayılda keçirilən iclasında humanitarminatəmizləmə fəaliyyətinin gedişatı, qarşıda duran hədəflər vəmövcud çağırışlar müzakirə edilib.

Bu barədə Trend-ə ANAMA-dan məlumat verilib.

İşçi qrupun üzvləri əvvəlcə Füzuli rayonunun Horadiz və Cəbrayılrayonunun Horovlu kəndlərində icra edilən humanitar minatəmizləməfəaliyyəti ilə tanış olublar.

Səfər iştirakçıları həyata keçirilən layihələrin gedişatını, ocümlədən aşkar olunan mina və partlamamış hərbi sursatlarınpartlayış yolu ilə zərərsizləşdirilməsi prosesini müşahidəediblər.

Daha sonra İşçi qrupun Cəbrayıl rayonunda iclası keçirilib.

ANAMA-nın İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri VüqarSüleymanov iclasda çıxış edərək, işğaldan azad edilmiş ərazilərininkişafı istiqamətində icra olunan minatəmizləmə layihələri barədəməlumat verib. Bildirilib ki, Cəbrayıl, Qubadlı və Zəngilanrayonlarında 84 min 146.5 hektar olmaqla, ümumilikdə, 228 min 689.9hektar ərazi mina və müharibənin digər partlayıcı qurğularındantəmizlənib. Təmizləmə əməliyyatları nəticəsində 210 min 655 ədədpartlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

İclasda çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındaAzərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi VahidHacıyev işğaldan azad edilmiş ərazilərdə dövlət başçısınıntapşırığı əsasında aparılan sürətli bərpa-quruculuq işlərininkeçmiş məcburi köçkünlərin burada təhlükəsiz və dayanıqlıməskunlaşmasına xidmət etdiyini bildirib. V.Hacıyev qarşıya qoyulanhədəflərə nail olmaq üçün torpaqların minalardan və partlamamışhərbi sursatlardan təmizlənməsinin ən əsas vəzifələrdən biriolduğunu vurğulayıb.

İşçi qrupun digər üzvləri təmsil etdikləri qurumlar tərəfindənərazilərin minalardan təmizlənməsi istiqamətində görülmüş işlərbarədə məlumat veriblər. İclasda təqdim olunan hesabatlar İşçiqrupunun üzvləri tərəfindən müzakirə edilib.

Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Məqalədə:
Seçilən
5
3
az.trend.az

10Mənbələr