ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Qazaxıstan Rusiya və Ukrayna arasında birbaşa danışıqlar üçün platforma təqdim etməyə hazırdır
Bakıvaxtı.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib.
"Qazaxıstan Rusiya və Ukrayna arasında hərbi münaqişədə vasitəçi deyil və özünü belə görmür. Mənim fikrimcə, hər iki tərəf bütün mübahisəli məsələlərlə bağlı ikitərəfli əsasda və müxtəlif səviyyələrdə dialoq aparmaq iqtidarındadır. Həmişə açıq şəkildə demişəm ki, "Ukrayna böhranı" son dərəcə mürəkkəbdir", - K.Tokayev "Tengri" informasiya portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, əgər Rusiya və Ukrayna liderləri Qazaxıstana getmək istəyəcəklərsə, ölkə danışıqların uğurla keçirilməsi üçün bütün zəruri xidmətləri təqdim edəcək.
"Biz Ukrayna ilə Rusiya arasında yüksək səviyyədə birbaşa danışıqların başlanmasının tərəfdarıyıq, lakin qarşılıqlı anlaşmaya nail olmaq üçün ilkin işlər görülməlidir", - K.Tokayev əlavə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.