AZ

Qarsda “Arazın o tayında” sənədli filmi nümayiş olunub

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Ankara, 24 sentyabr, AZƏRTAC

Qars şəhərində yerləşən “Aynalı Köşk” Sərgi və Teatr Mərkəzində “Arazın o tayında” (“Arazın öteki yanı”) sənədli filmi nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, Qars valiliyi və Qafqaz Universitetinin birgə təşkilatçılığı, Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə baş tutan tədbirdə Qars vilayətinin rəsmiləri, Qarsda yaşayan azərbaycanlılar, yerli KİV nümayəndələri iştirak ediblər.

Qars Bələdiyyəsinin sədri Ötüken Senger, Qafqaz Universitetinin prorektoru Engin Kılıç, Baş konsul Zamin Əliyev və filmin rejissoru, İğdır Universitetinin müəllimi Ali Parim çıxışlar edərək bir əsr əvvəl bölgədə yaşanan faciəvi hadisələrdən bəhs ediblər, Türkiyə ilə Azərbaycan arasında tarixi əlaqələrin sarsılmaz olduğunu vurğulayıblar.

Daha sonra “Arazın o tayında” filmi nümayiş olunub.

Tədbirin rəsmi hissəsindən sonra Azərbaycanın xalq və aşıq mahnıları səsləndirilib.

Sözügedən filmdə Qərbi Azərbaycanın Bağaran kəndindən (əvvəlki adı Hacı Bayram) qarşıda yerləşən Qarsın Halıkışlak kəndinə erməni quldurları tərəfindən zorla köçürülən insanların acı taleyindən bəhs edir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
azertag.az

1Mənbələr