AZ

Nirvananın 1990 cı il Meksika konsertinin nadir görüntüləri hərraca çıxarılır

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Unplugged & Unforgettable: Music Auction” hərracında Nirvana qrupunun əvvəllər yayımlanmamış arxiv görüntüləri satışa çıxarılır.

Bu barədə gununsesi.info xarici mediaya istinadə xəbər verir.

Söhbət 17 fevral 1990-cı ildə Meksikanın İguanas Klubunda keçirilən konsertdən gedir. Materialların qiyməti 100-150 min dollar (təxminən 8,4-13 milyon rubl) arasında dəyərləndirilir.

45 dəqiqəlik konsert proqramına əsasən “Bleach” albomundan olan 13 mahnı daxildir. Setlistdə “Love Buzz”, “About a Girl”, “Floyd the Barber” və digər məşhur ifalar yer alır. Qeyd olunur ki, Kurt Kobain 10-cu dəqiqədə özünün hazırladığı çəhrayı Mustang gitarasını sındırıb, 34-cü dəqiqədə Gibson SG-yə keçib və 44-cü dəqiqədə onu da parçalayaraq tamaşaçılara unudulmaz anlar yaşadıb.

Satışa çıxarılan materiallara konsertin iki kameradan çəkilmiş orijinal Sony Video 8 kasetləri, üzərində “Nirvana I” və “Nirvana II” yazılmış stikerlər, rəqəmsal nüsxələr və SSD diskdə peşəkar montajlı versiya daxildir. Bundan başqa, 15 fevral 1990-cı ildə Rajinin gecə klubunda baş tutan konsertin səsyazmaları, həmin şounun orijinal posteri və cəmi 1000 nüsxə ilə məhdudlaşdırılan “Bleach” albomunun ilk nəşri də kolleksiyaya əlavə olunub.

Xatırladaq ki, Nirvananın əfsanəvi solisti Kurt Kobainin 1992-ci ildə sındırdığı Fender Stratocaster gitarası 2020-ci ildə keçirilən hərracda 101,500 dollara satılmışdı. Gitara Texasdan olan anonim kolleksiyaçıya məxsus olub və ümumilikdə beş iştirakçının qatıldığı tender müharibəsində satılmışdı.

Gülxanım

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
icma.az

1Mənbələr