AZ

Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

Sentyabrın 24-də ölkəmizdə səfərdə olan Serbiya MilliAssambleyasının sədri Ana Brnabiçin başçılıq etdiyi parlamentnümayəndə heyəti Milli Məclisə gəlib.

Qonaqlar parlamentin plenar iclas zalı ilə tanış olduqdan sonraMilli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Ana Brnabiç buradaXatirə kitabını imzalayıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova və Serbiya MilliAssambleyasının sədri Ana Brnabiç arasında geniş tərkibdə görüşolub.

Qonağı salamlayan Milli Məclisin sədri Sahibə Qafarova dost vəstrateji tərəfdaş olan ölkələrimiz arasında ali və yüksək səviyyəliqarşılıqlı səfərlərin mühüm rolunu qeyd edib. Spiker bu kontekstdəPrezident İlham Əliyevin və Prezident Aleksandar Vuçiçin qarşılıqlısəfərlərinin, görüşlərinin və bu səfərlər zamanı imzalanmışsənədlərin önəmini diqqətə çatdırıb.

Milli Məclisin sədri münasibətlərin uğurlu inkişafındanməmnunluğunu bildirərək, deyib ki, beynəlxalq təşkilatlarçərçivəsində ölkələrimiz arasında qarşılıqlı dəstək və həmrəyliknümayiş etdirilir.

Milli Məclisin sədri parlamentlərarası əlaqələr kontekstindəqarşılıqlı səfərlərin münasibətlərin inkişafına müsbət təsiriniqeyd edib. Sahibə Qafarova parlamentlərarası əlaqələrin inkişafındaqarşılıqlı dostluq qruplarının rolunu vurğulayıb, beynəlxalqparlament təşkilatları çərçivəsində əməkdaşlıqdan məmnunluğunubildirib və parlament komitələri arasında əməkdaşlığın yaradılmasıimkanlarından danışıb.

Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç ölkəmizdə şahidiolduğu inkişaf və qazanılan nailiyyətlərlə əlaqədar təbrikləriniçatdırıb. O, qeyd edib ki, Azərbaycan Serbiya üçün dost və müttəfiqölkədir və biz bir-birimizi dəstəkləməkdən qürur duyuruq. O, ərazibütövlüyü məsələsində Azərbaycanın göstərdiyi dəstəyə görətəşəkkürünü ifadə edib.

Ana Brnabiç Azərbaycanın öz milli maraqlarını və dəyərləriniqoruyan bir ölkə olduğunu və Serbiyanın bunu çox yüksəkqiymətləndirdiyini vurğulayıb.

Milli Assambleya sədri ölkələrimiz arasında iqtisadi sahədəmövcud olan münasibətlərin, o cümlədən enerji sektorundaəməkdaşlığın önəmini qeyd edib. O, enerji təhlükəsizliyinin hər birölkənin milli təhlükəsizliyinin tərkib hissəsi olduğunuvurğulayaraq, bu istiqamətdə Azərbaycanın dəstəyinə görətəşəkkürünü bildirib.

Söhbət zamanı Ana Brnabiç parlamentin spikeri kimi iki ölkəninparlamentləri arasındakı münasibətlərin bundan sonra da inkişafıüçün çalışacağını qeyd edib.

Söhbətdə parlamentlər arasında qarşılıqlı təcrübə mübadiləsi vəmaraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsiaparılıb.

Görüşdən sonra qonaqlar Milli Məclisin foyesində yaradılmış və44 günlük Vətən müharibəsinə həsr edilmiş “Zəfər guşəsi” ilə tanışolublar.

Seçilən
2
19
az.trend.az

10Mənbələr