AZ

Tural Müseyibov: "Ombudsmanın həssas məsələyə münasibəti təqdirəlayiqdir"

Ajans.az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini ilə bağlı monitorinq keçirilib. Tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59-cu maddəsinin (Azad Sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir. Monitorinq nəticəsində  müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur. Ombudsman Səbinə Əliyeva tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına monitorinqin nəticələri ilə bağlı müraciət ünvanlanacaq.  Məsələ ilə bağlı Ajasn.az xəbər portalının baş redaktoru Tural Müseyibov deyib ki, Ombudsmanın həssas məsələyə münasibəti təqdirəlayiqdir: 

"Bu gün ehtiyaclarını ödəmək üçün zəhmətlə, əziyyətlə taksi xidməti göstərən şəxslərə qarşı belə addım atmaq ciddi problem yarada bilər. Sosial narazılığa yol aça biləcək addımlardan çəkinmək lazımdır. Aeroprtda taksi fəaliyyətinə edilən müdaxilə, taksi sürücülərinin hüquqlarını pozmaq, sahibkarlıq fəaliyyətinə zərər verməkdir. Monopolist düşüncəli bu fikri kim təklif edib və təsdiqinə nail olubsa bu şəxs cəzalanmalıdır. Bir sıra qurumlarda belə yanaşma ilə çalışan şəxslərə isə dərs olmalıdır ki, insanların hüquqlarını kobud şəkildə pozmağa yönələn, sosial narazılıq yaradan addımlardan çəkinmək lazımdır. Ombudsmanın bu cür həssas məsələyə münasibəti təqdirəlayiqdir. Hadisələrə reaksiya verərək monitorinq aparılması, insan hüquqlarının müdafiəsi yönündə verilən bəyana görə Omdbusman Səbinə Əliyevaya təşəkkür edirik".

Seçilən
5
Ajans.az

1Mənbələr