AZ

Krımda benzin kollapsı YDM lər bağlanır

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İşğal altında olan Krımda yanacaqdoldurma məntəqələrində benzin tamamilə yoxa çıxıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediasında yayılan məlumatlarda regionda benzin kollapsının yaşanmaq üzrə olduğu deyilir: "Yanacaqdoldurma məntəqələrində benzin yoxdur, bir çoxları işçilərin maaşlarını lüzumsuz yerə ödəməmək üçün tamamilə bağlanır (...) Dövlət sektoru müəssisələri minimal ehtiyaclar üçün də olsa, kuponlar alarkən, özəl firmalar və şirkətlər nəqliyyat imkanlarının çökməsi səbəbindən böyük problemlərlə üzləşir və böyük itkilərə məruz qalırlar. Yollarda çox az sayda mikroavtobus var".

Qeyd edək ki, bundan əvvəl Rusiyanın təyin etdiyi Krım hökumətinin başçısı Yuri Qotsanyuk bəyan etmişdi ki, benzin qıtlığı Rusiyanın bəzi neft emalı zavodlarının istehsal həcmini müvəqqəti azaltması səbəbindən yaranıb. Nəticədə Krıma yanacaq tədarükü azalıb.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
azpolitika.info

1Mənbələr