AZ

Putin ölüm yatağında atasının istədiyi hansı iki işi gördü? - “BİLD”

Yazını böyüt
Yazını kiçilt

1999-cu ilin yayında sağalmaz xəstə atası ilə xəstəxanada son söhbəti zamanı Rusiya prezidenti Vladimir Putin ona iki vəd verib və hər ikisinə əməl edib.

Ata Vladimir Putin 1999-cu ilin avqustunda 88 yaşında xərçəng xəstəliyindən vəfat edib. O, ölümündən əvvəl oğlundan dövlət başçısı olduqdan sonra görməli olduğu iki şey istəyib.

Hafta.az “Fokus” portalına istinadla xəbər verir ki, bu barədə “Bild” nəşri Roman Badanin və Mixail Rubinin “Çarın özü: Vladimir Putin hamımızı necə aldatdı” kitabından bir parçaya istinadla yazıb.

Siyasətçiyə yaxın mənbələrin bildirdiyinə görə, Vladimir Putin Krımın yenidən ruslaşması arzusunda olub və eyni zamanda SSRİ-nin dağılmasından sonra ləğv edilmiş köhnə sovet himninə həsrət qalıb.

Krıma gəlincə, II Dünya müharibəsi illərində Putinin atası, o zaman fabrik işçisi, donanmaya çağırılıb və bir neçə ay Sevastopolda Qara Dəniz Donanmasının sualtı qayığında xidmət edib. Daha sonra oğlu atasının hərbi dəniz donanması geyimində çəkdirdiyi foto-şəkili göstərib və Krımın işğalının birinci ildönümünə həsr olunmuş məqaləsində atasının Sevastopolla bağlılığını guya təsadüfən qeyd edib.

İkinci istəyə gəlincə, yeni Rusiya himninin ləğvi sələfi Boris Yeltsinin etirazına baxmayaraq, Putinin prezident kimi ilk addımlarından biri idi.

2000-ci ilin dekabrından Rusiyada köhnə Sovet himninin sədaları altında "Rusiya Federasiyasının himni" səslənib.

Kitabda həmçinin Putinin gələcək Kreml rəhbərinin anası ilə gözünü yaba ilə çıxardıqdan sonra evlənməsi epizodu da göstərilir.

Orada həmçinin Putinin həyat yoldaşının onun xəyanətindən necə xəbər tutmasından bəhs edilir.

Sultan Laçın

Seçilən
2
hafta.az

1Mənbələr