AZ

Azərbaycanlı rəssamın əsəri İtaliyanın nüfuzlu jurnalında çap olunub

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycanın Əməkdar rəssamı Mehriban Əfəndinin rəsm əsərlərinin dünyanın nüfuzlu jurnallarında fərqli formatlarda çapı davam edir.

AZƏRTAC xəbər verir ki, rəssamın "Gecənin mistikası" əsəri İtaliyanın “Figgi” jurnalının sentyabr nömrəsinin əsas səhifəsində yer alıb.

Jurnal moda, incəsənət və süni intellekt mövzularını əhatə edir.

Qeyd edək ki, Əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Mehriban Əfəndi 2010-cu ildə dünyanın 56 ən yaxşı sürrealist rəssamı siyahısına daxil edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
azertag.az

2Mənbələr