AZ

Tramp və Əliyev arasında maraqlı dialoq - VİDEO

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən rəsmi qəbulda Azərbaycan prezidenti İlham Əliyevlə qısa dialoqunda Qarabağ münaqişəsinin başa çatmasından danışıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sözügedən dialoqun videogörüntülərini sosial şəbəkələrdə paylaşıb.

Söhbət zamanı Tramp münaqişənin uzun illər davam etdiyini xatırladaraq Əliyevə təşəkkür edib. İlhm Əliyev isə öz nvbəsində ona  “Siz möcüzə yaratdınız” sözlərini deyib.

Daha sonra ABŞ lideri İlham Əliyevdən  “İşlər necə gedir? Hər şey yaxşıdır? Atəş yoxdur?” sualını verib. 

Azərbaycan prezidenti isə cavabında bildirib ki, “Yox, hər şey tamamilə başa çatıb. 8 avqustda sona çatıb”.

Tramp sonda “Mən sizinlə qürur duyuram. Siz əla insansınız” , deyə Azərbaycan prezidentinə bildirib. 

N.Təbrizli

Seçilən
9
anews.az

1Mənbələr