AZ

“BMT Baş Assambleyasında Azərbaycanın tarixi uğuru bəyan olunur” Tofiq Zülfüqarov

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Azərbaycan Ermənistanla münaqişəni BMT Nizamnaməsi, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun şəkildə tənzimləyib”.

“AzPolitika” bildirir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov öz sosial şəbəkə səhifəsində BMT Baş Assambleyasının “yüksək həftəsi” çərçivəsində Prezident İlham Əliyevin çıxışını qiymətləndirərkən deyib.

“Bu gün Azərbaycanın böyük uğuru BMT tribunasında nümayiş etdirilir. Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüquq çərçivəsində həllini tapıb. Məsələ ilə bağlı BMT-nin müvafiq qətnamələri və Sədrin bəyanatları tam icra olunub”, - Zülfüqarov qeyd edib.

O, həmçinin bildirib ki, müvafiq mandatlı regional təşkilat olan ATƏT dövlətlərin müraciəti əsasında vasitəçilik funksiyasını dayandırıb.

Keçmiş nazir “bu, ölkəmizin tarixində böyük bir hadisədir!” deyə fikirlərini tamalayıb.

Xatırladaq ki, Prezident İlham Əliyev Nyu-Yorkdakı çıxışında beynəlxalq ictimaiyyətə müraciət edərək bu həftənin “tarixi həftə” adlandırılmalı olduğunu vurğulayıb. “Bu həftə yalnız əlamətdar deyil, həm də dönüş nöqtəsidir. Azərbaycan öz haqlı mövqeyini dünyaya çatdırdı, ədalət prinsipini əsas götürərək beynəlxalq təşkilatların dəstəyini qazandı”.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
azpolitika.info

1Mənbələr