ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli Premyer Liqasının 6-cı turunda Qubada "İmişli"nin qonağı olacaq "Zirə" oyuna tam heyətlə çıxa bilməyəcək.
Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib.
"Komandada cəzalı oyunçu olmasa da, zədə səbəbindən bir neçə futbolçumuz "İmişli"yə qarşı oynamayacaq. Diz bağları qopan və əməliyyat edilən Abdul Aziz Batibyenin durumu məlumdursa, Leroy Mikels, Vinsent Till və Fuad Bayramov da zədəlidirlər".
Qeyd edək ki, "İmişli" - "Zirə" qarşılaşması sentyabrın 26-da keçiriləcək. Matçın start fiti 15:30-da səsləndiriləcək.
Nihat
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.