Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu gün onun barəsində həbs-qəttimkan tədbirinin uzadılması barədə vəsatətə baxılıb. Verx-İsetski Rayon Məhkəməsi Şahin Mütvalı oğlu Şıxlinskinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaqın vəsatətini təmin edib.
Ş. Şıxlinskinin həbs müddəti dekabrın 30-dək uzadılıb.
O, qətlə cəhddə və dövlət məmuruna qarşı zorakılıqda iştirakda ittiham olunur.
Şahin Şıxlinskinin vəkili bir müddət əvvəl yerli KİV-ə bildirib ki, müvəkkili özünü təqsirsiz hesab edir və həbs qərarından apellyasiya şikayəti vermək niyyətindədir.