AZ

QHT kasetli silahlar problemi barədə iki dildə hesabat hazırlamış və çap etdirmişdir- FOTO

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi Azərbaycan Respublikası ərazisində ilk dəfə olaraq kasetli silahlar problemi barədə təhqiqat aparmış, kasetli silahlar probleminin miqyası və qurbanları barədə yerli və beynəlxalq ictimaiyyətin məlumatlanlandırılması üçün iki dildə (Azərbaycan və ingilis) hesabat hazırlamış və çap etdirmişdir.

QHT.az xəbər verir ki, bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri Hafiz Səfixanov məlumat verib. Onun sözlərinə görə, layihənin sonunda Dəyirmi Masanın keçirilməsi planlaşdırılır ki, bura da bütün maraqlı tərəflərin – hökümət strukturları, Parlament üzvləri, kasetli silah qurbanları, donor ölkələrin səfirləri, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi, mina/PHS təmizlənməsini həyata keçirən təşkilatların rəsmiləri, QHT rəhbərləri və KİV dəvət olunmuşdur.

Qeyd edək ki, Dəyirmi Masa 25 sentyabr 2025-ci il tarixdə saat 11.00da Mercure Hotelin “Şuşa” zalında (İsmayıl bəy Qutqaşınlı küçəsi 119) keçiriləcəkdir.

Bütün KİV nümayəndələri dəvətlidir.

Seçilən
39
qht.az

1Mənbələr