İngiltərə Premyer Liqasının ilk 5 turunda 3 xal qazanan və hazırda turnir cədvəlinin 18-ci pilləsində mövqe tutan "Aston Villa"nın rəhbərliyi baş məşqçi Unai Emeri ilə bağlı qərarını verib.
Fanat.Az-ın "Give Me Sport"a istinadən məlumatına görə, Birmingem klubunun idarəçiləri uğursuz starta rəğmən, 53 yaşlı ispaniyalını qovmaq niyyətində deyillər.
"Aston Villa" növbəti çempionat matçını öz meydanında "Fulhem"ə qarşı keçirəcək. Sentyabrın 28-də reallaşacaq görüşün start fiti Bakı vaxtı ilə 19:00-da səsləndiriləcək.
Emeri daha öncə müxtəlif vaxtlarda "Vilyarreal", "Sevilya" və Moskva "Spartak"ının da baş məşqçisi olub.
Nihat