ain.az, Qaynarinfo saytına istinadən bildirir.
Lerik Rayon İcra Hakimiyyəti Başçısının Lerik Şəhər Ərazi Nümayəndəliyi şəhərin parklarında, küçə və səkilərində abadlıq işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "M-House Construction” MMC seçilib. Abadlıq işlərinə görə şirkətə 403 199,68 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "M-House Construction” MMC 17 mart 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4-cü mikrorayon, ev 10, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yunisov Əhliman Xasay oğludur.
Açıq mənbələrdə nə "M-House Construction” MMC, nə də Əhliman Yunisov haqqında məlumat var. Şirkətin veb səhifəsinə və əlaqə nömrələrinə də rast gəlinmir.
Araşdırmalrımız zamanı məlum olub ki, "M-House Construction” MMC-nin hazırda 7 154,27 manat vergi borcu var. Qanunvericiliyə görə vergi borcu olan şirkətlərin satınalma müsabiqələrində iştirakı qadağandır.
"M-House Construction” MMC 4 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, artıq "tender kralı” kimi tanınır. Şirkət təkcə 2024-2025-ci illərdə dövlət satınalmaları yolu ilə 7 milyon manata yaxın sifariş alıb.
Lerik Rayon İcra Hakimiyyəti Başçısının Lerik Şəhər Ərazi Nümayəndəliyi ötən il də Lerik şəhərinin parklarında, küçə və səkilərində yerinə yetiriləcək abadlıq, təmir və bərpa işlərinin satın alınması ilə bağlı müqavilə bağlayıb. Müqavilənin maliyyə dəyəri 398 144,86 manat olub.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovdur. O, 2022-ci ildən rayona rəhbərlik edir. Əkbər Abbasovun Lerik şəhəri üzrə namyəndəsi isə Ramal Məstiyevdir.
Seyid
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.