AZ

İmişlida kütləvi zəhərlənmə olub

BAKI, 24 sentyabr. TELEQRAF

İmişli rayonunun Muradxanlı kəndində kütləvi zəhərlənmə olub.

Bu barədə Teleqraf-a Murаdхаnlı kəndi bələdiyyəsinin rəhbəri İlham Nəcəfov məlumat verib.

Onun sözlərinə, ötən gün axşam Əhmədov Elxan nəvəsinə kiçik toy məclisi keçirib. Səhəri günü toyda iştirak edən insanların bəziləri zəhərlənməfaktı ilə bağlı xəstəxanaya müraciət olunub.

"İlkin olaraq xəstəxanaya beş nəfər müraciət etmişdi.Amma sonradan müraciətçilərin sayı artıb. Son məlumatlara görə, 18 nəfərin zəhərlənib.

Zəhərlənmənin hansı qidadan olduğuna dair fikir bildirmək çətindir. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları da məsələdən xəbərdardırlar. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.".

Seçilən
1
teleqraf.com

1Mənbələr