AZ

MSN-in nümayəndə heyəti “Partner-2025” sərgisində iştirak edir

Sentyabrın 23-də Serbiyanın Belqrad şəhərində “Partner-2025” 12-ci Beynəlxalq Silah və Hərbi Texnika Sərgisi öz işinə başlayıb.

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, tədbirdə Azərbaycan müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

İki ildən bir keçirilən sərgidə dünyanın müxtəlif ölkələrindən olan silah və hərbi texnika, raket kompleksləri, müasir atıcı silahlar, pilotlu və pilotsuz hava vasitələri, zirehli texnika, radioelektron mübarizə vasitələri və digər müasir müdafiə təyinatlı məhsullar nümayiş etdirilir.

Səfər çərçivəsində H.Əzimov paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib.

Daha sonra nazir müavini sərgidə müxtəlif ölkələrin və şirkətlərin stendlərində nümayiş etdirilən məhsullarla tanış olub.

H.Əzimov Serbiyanın müdafiə nazirinin büdcə və maliyyə məsələləri üzrə müavini Goran Momçiloviç və “Yugoimport SDPR” dövlət şirkətinin baş direktoru Yugoslav Petkoviç ilə görüşüb.

Görüşlər zamanı ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın mövcud vəziyyəti təhlil olunub, tərəfdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı etimad və anlayışa əsaslanan münasibətlərin genişləndirilməsi üçün perspektiv imkanları nəzərdən keçiriblər.

Qeyd edək ki, “Partner 2025” 12-ci Beynəlxalq Silah və Hərbi Texnika Sərgisi sentyabrın 26-da başa çatacaq.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

2818

2826

2828

Seçilən
12
poliqon.az

1Mənbələr