AZ

Sızanaqlardan qurtuluruq: Peyvənd hazırlanır

ABŞ və Fransada sızanaqlara meylli dərini sağaltmaq üçün iki ayrı peyvənd araşdırması aparılır.

Publika.az xəbər verir ki, tədqiqat Fransanın nəhəng biotexnologiya şirkəti "Sanofi" və Kaliforniya Universitetinin tədqiqat qrupu tərəfindən aparılır.

Məlumata görə, sözügedən iki ayrı peyvənd müalicəsi çətin olan sızanaqları tamamilə aradan qaldırmaqla yanaşı, sızanaqların əmələ gəlməsinin də qarşısını alır.

"Sanofi" tərəfindən hazırlanmış ilk peyvənd COVID peyvəndlərində istifadə edilən mRNA texnologiyası ilə istehsal olunur. Bu peyvənddə sızanaqlara səbəb olan “Cutibacterium acnes” bakteriyasının genetik fraqmentləri immun sisteminə daxil edilir və nəticədə orqanizm antikor istehsal edərək bakteriyaya qarşı mübarizə aparır.

Hazırda ABŞ-da orta və ağır səviyyəli sızanaqları olan 400 könüllü üzərində klinik sınaqlar davam edir.

Seçilən
12
publika.az

1Mənbələr