İngiltərənin “Liverpul” klubu yarımmüdafiəçi Rayan Qravenberxlə bağlı mühüm addım atmağa hazırlaşır. Klub rəhbərliyi 23 yaşlı niderlandlı futbolçunun müqaviləsini uzatmaq üçün ilkin danışıqlara start verib.
Yenisabah.az xəbər verir ki, Mersisayd təmsilçisinin bu qərarı verməsində oyunçunun son mövsümdəki sabit çıxışı əsas rol oynayıb. Qravenberx “Liverpul”un heyətində meydana çıxdığı 49 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalsa da, onun meydandakı çalışqanlığı, oyuna dinamiklik qatması və komandanın hücum quruculuğunda vacib fiqur kimi çıxış etməsi baş məşqçi və rəhbərliyin diqqətini cəlb edib.
Hazırkı müqaviləyə əsasən, futbolçunun “Liverpul”la sözləşməsi 2028-ci ilin yayında başa çatır. Lakin klub onun gələcək illərdə də komandanın əsas oyunçularından biri olacağına inanır və tərəflər arasında yeni müqavilənin şərtlərinin müzakirə edildiyi bildirilir. Toyuqlu pizza
Xatırladaq ki, Rayan Qravenberx 2023-cü ildə Almaniyanın “Bavariya” klubundan transfer olunub. O, eyni zamanda Niderland millisinin üzvüdür və gənc yaşına baxmayaraq Avropa futbolunda perspektivli yarımmüdafiəçilərdən biri hesab olunur.
Telegram kanalımız