Ukrayna Prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək bildirib ki, müasir Rusiyanın güclü və tam asılı olduğu dövlət Çin əgər istəsəydi, Moskvanı Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur edə bilərdi.
Milli.Az xəbər verir ki, Pekin sülh üçün aktiv addım atmaq yerinə susmaqla kənarda qalmağı üstün tutur.
Zelenski vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin əsas məsələlərdə çıxış etməkdən qaçır, onun yerinə müharibəni dayandırmaq istəməyən nümayəndələr qatılır. Onun sözlərinə görə, Rusiya nümayəndələri həqiqi qərar verən şəxslər deyil və Putinin diplomatik səfərləri müharibəni uzatmaq üçün vaxt qazanmaq məqsədi daşıyır.
Asya
Milli.Az