AZ

Nüvə obyektlərimizi yenidən quracağıq

İran İsrail və ABŞ-ın hücumları nəticəsində zədələnən nüvə obyektlərini yenidən inşa edəcək.

Publika.az xəbər verir ki, bu barədə İranın Atom Enerji Təşkilatının rəhbəri Məhəmməd İslami “Sky News” telekanalına müsahibəsində danışıb.

“Həmin obyektlər beynəlxalq təzyiqlərə və İsrailin potensial hücum təhlükəsinə baxmayaraq yenidən tikiləcək", - deyə o söyləyib.

İslami iddia edib ki, ölkəsinin uranın zənginləşdirmə miqdarı şişirdilir: “Bu, mütləq silah məqsədləri üçün deyil. Həssas ölçmə alətlərimiz üçün daha yüksək miqdarda zənginləşdirməyə ehtiyacımız var. İllərdir embarqo altındayıq. Bu məhsulları bizə heç kim satmır".

Seçilən
1
1
publika.az

2Mənbələr