AZ

Mikayel Ajapaxyanla bağlı məhkəmə qərarı açıqlandı

BAKI, 24 sentyabr. TELEQRAF

İrəvan Birinci İnstansiya Cinayətlər Məhkəməsi erməni apostol kilsəsinin Şirak yeparxiyasının primatı arxiyepiskop Mikayel Ajapaxyanı təqsirli bilib.

“Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, Mikael Ajapaxyan təqsirli bilinməlidir. Hökmlə həbs qətimkan tədbiri dəyişməz qalıb”, - hakim Armina Meliksetyan bildirib.

Yekun hökmün müəyyənləşəcəyi əlavə məhkəmə iclası sentyabrın 29-na təyin edilib.

Xatırladaq ki, Mikael Ajapaxyan dövlət çevrilişinə çağırışda ittiham olunur.

Seçilən
18
teleqraf.com

1Mənbələr