AZ

Məşhur italiyalı aktrisa vəfat etdi

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Məşhur italiyalı aktrisa Klaudie Kardinale dünən 87 yaşında vəfat edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun agenti Loran Savri məlumat verib.

Klaudie Kardinale Parisin yaxınlığındakı Nemur şəhərciyində, övladlarının əhatəsində dünyasını dəyişib. 

Qeyd edək ki, tam adı Klod Jozefin Roz Kardinale olan aktrisa 1938-ci ildə Siciliyada dünyaya gəlib. 20-ci əsrin ən cazibədar aktrisalarından biri hesab olunan Kardinale Serjo Leone, Federiko Fellini, Lukino Viskonti və digər tanınmış rejissorlarla işləyib, 150-dən çox filmdə rol alıb.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
525.az

1Mənbələr