AZ

Ukrayna ordusu Rusiyada NQZ, qaz stansiyası və PUA zavoduna zərbələr endirib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın dərinliyində yerləşən bir sıra strateji obyektlərə zərbələr endirildiyini açıqlayıb.

Hücumların məqsədi ölkənin hərbi-iqtisadi potensialını zəiflətməkdir.

Editor.az xəbər verir ki, məlumata görə, sentyabrın 24-nə keçən gecə Ukrayna müdafiə qüvvələri Başqırdıstan Respublikasında yerləşən “Qazprom Neftxim-Salavat” neft emalı zavoduna (NEZ) zərbə endirib. Bildirilir ki, bununla Rusiya ordusunun yanacaq təchizatını çətinləşdirmək və hücum qabiliyyətini azaltmaq hədəflənib.

Bundan başqa, Ukrayna qüvvələrinin zərbələri nəticəsində qaz stansiyası və pilotsuz uçuş aparatları istehsalı üzrə zavodun fəaliyyəti də hədəfə alınıb.

Baş Qərargah qeyd edib ki, bu cür əməliyyatlar Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.

//Samir Qurbanov, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr