AZ

İran yeni nüvə silahları qurur? – Rəsmi açıqlama

İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib ki, İsrail və ABŞ-ın son hücumları nəticəsində zərər görmüş nüvə obyektləri yenidən qurulacaq.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki,  İslami vurğulayıb ki, beynəlxalq təzyiqlərə və gələcəkdə İsrail tərəfindən yeni hücum ehtimalına baxmayaraq, İran bu obyektlərin bərpasından imtina etməyəcək:
“Bizim nüvə obyektlərimiz fəaliyyətini davam etdirəcək. Onlar hədəf alınsa da, yenidən qurulacaq və əvvəlkindən daha güclü şəkildə istifadəyə veriləcək”.

İran rəsmisi eyni zamanda uranın zənginləşdirilməsi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, yüksək zənginləşdirilmiş uran heç bir halda silah istehsalı məqsədini daşımır:
“Bizə bu məhsullar silah üçün deyil, dəqiq ölçüm cihazlarının hazırlanması üçün lazımdır. İllərdir embarqolar altındayıq, heç kim bizə bu avadanlıqları satmır. Ona görə də məcbur olub özümüz istehsal edirik”.

İslami çıxışında ABŞ-ı da kəskin tənqid edib. O, bildirib ki, Vaşinqton inqilabın əvvəlindən bəri İrana zərbələr endirib və hətta diplomatik danışıqlar dövründə belə hərbi hücumlardan əl çəkməyib:
“Belə düşmənlə masa arxasında oturmağın və danışmağın heç bir mənası yoxdur”.


Telegram kanalımız
Seçilən
1
yenisabah.az

1Mənbələr