AZ

Ümid edirəm milliyə çağırılmaz Baslerdən Sane açıqlaması

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Almaniya millisinin tanınmış sabiq futbolçusu Mario Basler Leroy Sane barədə sərt fikirlər səsləndirib.

Fanat.Az xəbər verir ki, O, Sanenin “Qalatasaray”a transferini karyera baxımından səhv addım kimi dəyərləndirib.

Basler açıqlamasında bildirib:

“Sane "Qalatasaray"a gedərək karyerasını yox, pulu seçdi. Ümid edirəm ki, bir də heç vaxt Almaniya millisində çağırılmaz. Türkiyədə o, istedadını itirəcək.”

Bu sözlər Almaniyada və Türkiyə futbol ictimaiyyətində böyük müzakirələrə səbəb olub. Çünki Sane “Bayern Münhen”dən ayrılaraq “Qalatasaray”a keçid etməklə həm Bundesliqa, həm də Çempionlar Liqasındakı sabit performansını geridə qoymuşdu.

Alman mətbuatında da bu transfer ətrafında ikili yanaşmalar var: bir qisim mütəxəssislər Sanenin hələ də istedadını qoruyacağını desə də, Basler kimi düşünənlər onun Avropa futbolundakı rolunun azaldığını iddia edirlər.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
fanat.az

2Mənbələr