AZ

UEFA İsrail komandaları ilə bağlı nə qərar verdi?

İsrailin milli komandası və klubları Avropa turnirlərində iştirakdan kənarlaşdırılmayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “Israel Hayom” məlumat yayıb.

Bu qərar diplomatlardan, futbol assosiasiyaları rəsmilərindən və digər yüksək vəzifəli idman xadimlərindən gələn güclü təzyiq nəticəsində qəbul olunub. İsrailə əsas dəstək ABŞ-dan gəlib.

Bununla da, Qətərin təşəbbüsü ilə UEFA-nın ən azı 20 üzvünün İsraili turnirlərdən kənarlaşdırmaq istəyi uğursuz olub.

Təl-Əvivin “Makkabi” klubu UEFA Avropa Liqasındakı ilk oyununu Yunanıstanın PАОК komandası ilə plan üzrə keçirəcək, milli komanda isə dünya çempionatında seçmə mərhələ matçlarını davam etdirəcək.

İsrail artıq uzun zamandır ki, Fələstinə hücumlarını davam etdirir.

Seçilən
3
1
sportinfo.az

2Mənbələr