AZ

Türk irsi dünya arenasında – 100 illik yubiley qeyd olunub

Türk Mədəniyyəti və İrsi Fondunda “Türk irsi dünya arenasında” mövzusunda dəyirmi masa keçirilib.

Doğru.az xəbər verir ki, Azərbaycan Milli Konservatoriyası ilə birgə təşkil olunan tədbirdə görkəmli türk mədəniyyət xadimlərinin 1925-ci ildə Parisdə keçirilən Ümumdünya Müasir Dekorativ və Sənaye Sənəti Sərgisindəki möhtəşəm çıxışının 100 illiyi qeyd olunub.

Tədbiri giriş sözü ilə Fondun prezidenti Aktotı Raimkulova açıb. O, mədəni irsin qorunması və gənc nəslə çatdırılmasının Türk dünyasının birliyinə xidmət etdiyini bildirib.

Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaş-zadə də çıxış edərək birgə layihənin əhəmiyyətini vurğulayıb.

Diskussiyalarda Paris sərgisinin XX əsrdə incəsənətin inkişafına təsiri, görkəmli ustadların xatirəsinin yaşadılması və bu ənənələri davam etdirən gənclərin dəstəklənməsi mövzuları müzakirə olunub.

Aktotı Raimkulova jurnalistlərə açıqlamasında bildirib: “Düz yüz il əvvəl Parisdə böyük sənətkarlarımız unudulmaz çıxış etdilər. Bu gün biz onların yolunu davam etdirərək Türk dünyasının mədəni birliyini möhkəmləndiririk”.

DOĞRU.AZ

Seçilən
34
dogru.az

1Mənbələr