AZ

Türkiyənin voleybol millisi dünya çempionatında mübarizəni dayandırıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Kişi voleybolçulardan ibarət Türkiyə millisi Filippində keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

AZƏRTAC xəbər verir ki, komanda 1/4 finalda Polşa ilə qarşılaşıb.

Rəqibinə 0:3 (15:25, 22:25 və 19:25) hesabı ilə uduzan “ay-ulduzlular” mundialla vidalaşıb. Yarımfinala vəsiqə qazanan Polşa seçməsi isə İtaliyaya rəqib olub.

Türkiyə yığması qrup mərhələsində Yaponiyanı (3:0), Liviyanı (3:1) və Kanadanı (3:0), 1/8 finalda isə Niderlandı (3:1) üstələyərək tarixində ilk dəfə 1/4 finala yüksəlmişdi.

Seçilən
11
azertag.az

1Mənbələr