ain.az, Azertag portalına istinadən məlumat verir.
Nyu-York, 24 sentyabr, AZƏRTAC
COP29 çoxtərəfliliyin real və tarixi nəticələr verməyə qadir olduğunu nümayiş etdirdi.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri COP29-un Prezidenti Muxtar Babayev BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yol ayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, COP29-da danışıqçıların üzərində təxminən on ildir müzakirələr apardığı məsələlər üzrə sövdələşmələr əldə olunub.
“Biz BMT-nin karbon bazarlarında çoxdan gözlənilən mühüm irəliləyişə nail olduq. Bu addım, 2050-ci ilə qədər iqlim həllərinə hər il 1 trilyon dollar yönəldə biləcək, yüksək etibarlılığa malik bazarların potensialını ortaya çıxarır”, - deyə Muxtar Babayev əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.