İranın cənub sularında Tanzaniya bayrağı altında üzən gəmi batıb.
Axar.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, BƏƏ-nin Ras əl-Xeymə limanından Tanzaniya bayrağı altında Küveytin Şuaiba limanına hərəkət edən "Duba Sana" gəmisi dənizdə yarıya qədər batıb.
Gəmidə olan 9 nəfər xilas edilib.
Qəzanın hansı səbəbdən baş verdiyi məlumat verilməyib.