Dəri xəstəlikləri üzrə mütəxəssis Dr. Özlem Yılmaz Albayrak rosaceanın səbəbləri və xəstəliyə qarşı görüləcək tədbirlər barədə açıqlamalar verib.
E-saglam.az xəbər verir ki, Rosacea, bədəndə medalyon adlanan böyük bir ləkə ilə başlayır və zamanla bədənə yayılır. Xəstəlik qaşınma, sızıltı və qızarma ilə müşayiət olunur və təxminən bir ay yarım davam edən döküntülərlə narahatlıq yaradır.
Albayrak bildirir ki, rosacea mövsümi hücumlar göstərə bilən bir dəri döküntüsü xəstəliyidir. Araşdırmalar bəzi virusların xəstəliyə səbəb ola biləcəyini göstərsə də, dəqiq səbəb hələ məlum deyil.
Aşağıda qeyd etdiyimiz bəzi faktorlar bu xəstəliyin yaranmasına səbəb ola bilər:
İsti hava və dəri xəstəlikləri riski:Həddindən artıq istilik dəri xəstəliklərinin artmasına səbəb ola bilər. Albayrak qeyd edir:
Döküntü və göbələk xəstəlikləri daha yaygınlaşıb.
Rosacea hallarının sayı artıb.
Xəstələrə tez-tez duş almaq, çox sabun istifadə etməmək, sərin mühitdə olmaq və çox isti mühitlərdən çəkinmək tövsiyə olunur.
Yorğunluq və stress əsas səbəblərdir:Ümumiyyətlə, yuxarı tənəffüs yolu infeksiyaları rosaceanı tetikleyebilir. Həmçinin yorğunluq və stress xəstəliyin şiddətini artırır.
Müalicə üsulları və gündəlik tövsiyələrə riayət edilsə, qarşısını tez bir zamanda almaq olar:
Xəstələrə müalicə zamanı nəmləndirici losyonlar verilir.
İstidə qalmaqdan və isti su ilə vanna qəbul etməkdən çəkinmək vacibdir.
Hamamlarda yuyucu bezlərin istifadəsi tövsiyə olunmur.
Müalicə dövründə günəşdən uzaq durmaq lazımdır.
İsti və ədviyyatlı qidalar qaşınma və döküntüləri artırır, buna görə xəstələrə bu cür qidalardan uzaq durmaq tövsiyə edilir.
Qeyd edək ki, xəstələr bir ay yarımdan sonra yenidən yoxlanılır və isti hava şəraiti xəstəliyi müşahidə etməyə kömək edir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az