AZ

Uşaq bağçasında QALMAQAL – 3 yaşlı iki uşaq 4 saatlıq YOXA ÇIXDI – VİDEO

Ötən gün “Panda” adlı özəl uşaq bağçasında iki azyaşlı oğlan uşağı itib.

İnterpress.az xəbər verir ki, bu barədə Dağıstan mediası məlumat yayıb.

Məlumata görə, saat 11:00-da bütün uşaqlar gəzintidən geri qayıdıb, lakin 3 yaşlı iki uşaq açıq qapıdan çölə çıxıb.

Təhlükəsizlik kamerasında onların küçədə, yol kənarında göründüyü əks olunub.

Uşaqlar təxminən 20 dəqiqə bağçanın yaxınlığında oynasalar da, tərbiyəçilər bu müddət ərzində yoxluqlarını hiss etməyiblər.

Onların tapılması isə yalnız 4 saat sonra – bir neçə kvartal aralıda mümkün olub.

Ən çox narazılıq doğuran məqam isə valideynlərə uşaqların itməsindən yalnız 2 saat sonra xəbər verilməsi olub.

Hadisə ilə bağlı bağçanın rəhbərliyi izahat verməyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
2
interpress.az

1Mənbələr