AZ

AKAF bloqerlər arasında avarçəkmə yarışı keçirdi Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ölkəmizdə tanınmış bloqerlər arasında avarçəkmə yarışı təşkil edib. 

“Qafqazinfo” xəbər verir ki, yarışda 50 nəfərə yaxın iştirakçı iki kateqoriya üzrə, qızlar və oğlanlar arasında həvəskarlar üçün kayak qayıqlarında mübarizə aparıblar. Yarışlar əyləncəli, maraqlı mübarizə şəraitində keçib.

Oğlanlar arasında Rəsul Həsənli 1-ci, Hüseyn Hüseynzadə 2-ci, Elşad İsmayılov üçüncü yer tutub. Xanımların mübarizəsində Nərmin Kazımzadə digər bütün iştirakçıları qabaqlayıb. Tamilla Hüseynli ikinci olub. Sara Qaragözlü isə finalda finişə üçüncü çatıb.

Qaliblər Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən diplom, xatirə hədiyyəsi və abunəlik kartları ilə mükafatlandırılıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
3
qafqazinfo.az

4Mənbələr