AZ

"Messi təsdiq etməsə, heç kim heç nə edə bilmir" - Kliç

Bir müddət MLS və İngiltərə Premyer Liqasında çıxış edən polşalı futbolçu Mateuş Kliç diqqətçəkən açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, sözügedən futbolçu Polşa mətbuatına danışıb:

“Messi komandada olduğu müddətdə mənim ‘İnter Mayami’ə transferim imkansız idi. Sanki klubu o idarə edir. Hər kəs ispan dilində danışır və Messinin təsdiqi olmadan heç kim heç nə etmir. Klubda tam bir xaos hökm sürür, təşkilatçılıq isə çox bərbad gündədir”.

Polşalı futbolçu həmçinin əlavə edib ki, MLS-də bəzi klublar yüksək səviyyədə işləsə də, “İnter Mayami”nin idarəçilik modeli tamamilə fərqlidir və hər şey Lionel Messinin ətrafında qurulub.

Kamil Xudiyev

Seçilən
1
1
fanat.az

2Mənbələr