ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
“Rusiyanın Ukraynaya və digər ölkələrə qarşı təcavüzünü dayandırmaq üçün beynəlxalq ictimaiyyət birləşməlidir. Çünki sülh müharibədən daha ucuz başa gəlir”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
O hesab edir ki, müharibənin qarşısının alınması və silahlanma yarışına son qoyulması kritik infrastrukturun qorunması baxımından qat-qat səmərəlidir.
“Putini indi dayandırmaq hər limanı və gəmini PUA hücumundan qorumaqdan daha ucuzdur. Təcavüzkarı dayandırmaq üçün birlikdə hərəkət etməliyik. O zaman bu silahlanma yarışlarının bizə fəlakət gətirməsinin qarşısını almaq şansımız olacaq. Ukraynaya silah tədarükü və Rusiyaya təzyiq dərhal artırılmalıdır. Əks halda Putin hərbi əməliyyatları davam etdirəcək və eskalasiya uzun sürəcək. İndi Rusiya pilotsuz təyyarələri Avropa üzərində uçuşlar aparır və əməliyyatlar Qərb ölkələrinə yayılır”, – Zelenski vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.