Estoniya növbəti dörd il ərzində hərbi xərclərə 10 milyard avrodan çox vəsait ayıracaq.
Bu barədə ölkənin Müdafiə Nazirliyi elan edib.
“Respublika hökuməti növbəti dörd il üçün dövlət büdcəsi strategiyasını təsdiqləyib, ona əsasən, yaxın illərdə milli müdafiənin inkişafına 10 milyard avrodan çox vəsait ayrılacaq”, - Estoniya Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunmuş məlumatda deyilir.
Qeyd edilir ki, əsas diqqət dronların aşkarlanması imkanlarının gücləndirilməsinə yönəldiləcək. Bundan əlavə, maliyyənin yarıdan çoxu sursat, hərbi texnika və texnikanın alınmasına ayrılacaq.