ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın hərbi təyyarəsi Baltik dənizində Almaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) freqatının üzərindən uçub.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Bundestaqda çıxışı zamanı deyib.
“Bu cür uçuşlar hərbi dairələrdə lazımsız təxribat kimi qiymətləndirilir”, – o söyləyib.
Pistorius bu hadisəni Rusiyanın pilotsuz uçuş aparatları və döyüş təyyarələrinin Polşa və Estoniyanın hava məkanına daxil olması ilə müqayisə edib.
Onun sözlərinə görə, Rusiya getdikcə daha çox sərhədləri pozur, özü də bunu NATO ölkələri ilə də sınaqdan keçirir.
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.