AZ

Sumqayıtda zirzəmi mübahisəsi: binanın zirzəmisi satıldı

Sumqayıt şəhəri, 1-ci məhəllə, Blok 2-nin sakinləri onlara məxsus zirzəminin naməlum şəxslərə verilməsindən narazılıq ediblər.

Sakinlərin bildirdiyinə görə, zirzəmidə onların su motorları və su xətləri yerləşir. Lakin naməlum şəxslər həmin zirzəmini başqa bir adama təhvil vermək istəyirlər. Bu səbəbdən sakinlər nəzarəti itirdiklərini, həmçinin açarların da onlara verilmədiyini bildiriblər.

Onlar qeyd ediblər ki, fövqəladə vəziyyət və ya qəza baş verəcəyi təqdirdə bu vəziyyət ciddi problemlərə səbəb ola bilər.

Məsələ ilə bağlı sakinlər artıq “102” xidmətinə, həmçinin prokurorluq və icra hakimiyyətinə müraciət ediblər. Şikayətdə 227.1-ci maddəyə əsasən sakinlərə məxsus zirzəminin heç kim tərəfindən satıla və ya özgəninkiləşdirilə bilməyəcəyi vurğulanıb.

Hazırda sakinlər məsələnin araşdırılmasını və onların hüquqlarının qorunmasını tələb edirlər.

 

Hurriyyet.Az

Seçilən
19
1
hurriyyet.az

2Mənbələr