Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycanda "MAN Lion`s City E" markalı elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq. Bu barədə Avtosfer.az "MAN" şirkətinə istinadən xəbər verir. "MAN Truck & Bus" şirkəti yerli tərəfdaşı "Improtex Trucks & Buses" və Azərbaycan hökuməti ilə xKD formatında elektrik avtobuslarının istehsalının lokallaşdırılması ilə bağlı əməkdaşlıq haqqında memorandum imzalayıb. Avtobuslar üçün hissələrin bir qismi Azərbaycana tədarük ediləcək və burada avtobusun yığılması həyata keçiriləcək.
Qeyd edək ki, layihə Azərbaycanda ekoloji nəqliyyatın inkişafının dəstəklənməsinə və elektrik avtobusları parkının genişləndirilməsinə yönəlib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.