AZ

Almaniya müdafiə naziri hərbi xidmətin yeni modelinin tətbiqini təklif edib

Almaniyada müəyyən şərtlərlə olsa da, məcburi hərbi çağırış tətbiq edilə bilər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

"Biz ehtiyatda olanlar da daxil olmaqla, şəxsi heyətin sayını təxminən 460 min nəfərə çatdırmalıyıq. Bu o deməkdir ki, Bundesverə qarşıdakı 8-10 il ərzində 260 min aktiv hərbçi, onilliyin sonuna qədər isə 200 min ehtiyatda olan heyət lazımdır. Biz buna yeni hərbi xidmət modeli vasitəsilə nail olacağıq", - o deyib.

Pistorius qeyd edib ki, hazırda ölkədə İsveç modelinə bənzər könüllü xidmətə diqqət yetirilir. Lakin yeni qərar Bundestaq tərəfindən qəbul edilməlidir.

"Mən bunu çox açıq şəkildə bildirirəm - yalnız Bundestaqın təsdiqi ilə. Sizsiz, Bundestaqın qərarı olmadan məcburi hərbi çağırış olmayacaq", - o vurğulayıb.
Seçilən
0
1
sherg.az

2Mənbələr