Putin NATO-nun zəif tərəflərini üzə çıxarmağa çalışır.
İnterpress.az xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius Bundestaqdakı büdcə müzakirələrində deyib.
O bildirib ki, Rusiya pilotsuz uçuş aparatları və hərbi təyyarələrlə NATO ölkələrinin hava məkanına təkrar-təkrar daxil olmaqla məqsədyönlü strategiya həyata keçirir.
“Putin NATO üzv dövlətlərini təhrik etmək, sonra isə alyansın güman edilən zəif tərəflərini üzə çıxarıb onlardan istifadə etmək istəyir”, – nazir qeyd edib.
Pistoriusun sözlərinə görə, Moskva getdikcə daha aqressiv şəkildə “icazə verilənin sərhədlərini” yoxlayır.
O, NATO-nun bu təxribatlara təmkinlə, lakin aydın və birgə cavab verdiyini vurğulayıb.
Artan təhlükə fonunda nazir Avropanı öz müdafiəsinə daha çox məsuliyyət götürməyə çağırıb və NATO-nun “daha çox avropalaşmasının” vacibliyini qeyd edib.
Onun sözlərinə görə, Bundsesverin şəxsi heyətinin sayı təxminən 460 min hərbçiyə çatdırılmalıdır.
Xuraman Etibarlı
İnterpress.az