Bakı. Trend:
Amerikanın iri avtokonserni olan “Ford” Amerika BirləşmişŞtatlarında 115,5 min avtomobili geri çağıracaq.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Geri çağırılmaya səbəb sükan sistemində ortaya çıxannasazlıqdır.
Bu qərar 2020 və 2021-ci illərdə istehsal olunmuş “F-250”,“F-350” və “F-450” modellərinə şamil olunacaq. Tənzimləyicininbildirdiyinə görə, aşkarlanan nasazlıq hərəkət zamanı sükanınyuxarı valının yerindən çıxmasına və nəticədə nəqliyyat vasitəsindəidarəetmənin itirilməsinə səbəb ola bilər.
“Ford” geri çağırılan avtomobillər üçün pulsuz təmir və nasazavadanlığın təmənnasız olaraq dəyişdirilməsini həyatakeçirəcək.