AZ

Adnan Əhmədzadə və ailəsini gözləyən növbəti addım – İki məqam

Xəbər verdiyimiz kimi, saxlanılan iş adamı Adnan Əhmədzadənin ölkə daxilindəki əmlaklarına məhkəmə qərarı ilə həbs qoyulub. Bununla yanaşı, onun və həyat yoldaşı Gülsəfa Cəfərovanın bank hesabları da bloklanıb.

Biznesmeni və ailəsini başqa hansı hüquqi tədbirlər gözləyə bilər? 

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, ilkin ehtimala görə, sözügedən əmlakların qanunsuz əldə olunmuş vəsait hesabına alındığı əsas gətirilib və məhkəmə qərarı ilə onların üzərinə həbs qoyulub:

mehman

Mehman Muradlı

“Əgər əmlak və bank hesabındakı vəsaitlərin qanunsuz yollarla əldə olunduğu məhkəmə hökmü ilə sübut edilsə, onlar müsadirə edilərək dövlətin mülkiyyətinə keçiriləcək. Belə olan halda dövlətə dəymiş zərər həmin əmlaklar hesabına ödənilir. Bu işlərlə Baş Prokurorluğun xüsusi müsadirə məsələlərinin idarəsi məşğul olur. İstintaq müddətində şahidlər dindirilir və digər prosessual hərəkətlər aparılır. Bu məsələlər müstəntiqin səlahiyyətinə daxildir və istintaq müddəti başa çatdıqdan sonra açıqlanacaq”.

Hüquqşünas Ramil Süleymanov qeyd edib ki, saxlanılan şəxsin özü və yaxın qohumlarının əmlaklarına yalnız məhkəmə qərarı ilə həbs qoyula bilər:

ramil

Ramil Süleymanov

“Bundan sonrakı proseslər də müəyyən qərarlara uyğun qaydada davam etdirilir. İstintaqın gedişi zamanı cinayət yolu ilə əldə olunmuş əmlakların çox olduğu müəyyənləşərsə, müstəntiq bu barədə məhkəməyə yenidən ərizə təqdim edir, həmin materiallar əsasında əlavə qərarın qəbulu mümkün olur. Yaxud Adnan Əhmədzadənin ailə üzvləri müvafiq sənədlərlə sözügedən əmlakların qanuni gəlirləri hesabına əldə olunduğunu isbat etsələr, bu halda onlar məhkəmə qərarı ilə həbsdən azad edilə bilər”.

Seçilən
18
editor.az

1Mənbələr